17/12/2025, 00:34

Приветствую Вас Istifadeci | VIP
Web menu
Xeberler bolmesi
SEVGI [24]
Oyunlar [6]
Yumor [3]
Telefon [9]
se'ir [0]
Video [1197]
Hackinq [5]
Resimler [2758]
Musiqi [10577]
DIN [10484]
Maraxli [13]
Proqramlar [810]
zakaz Mp3 [1955]
Bizim sorgular
SAYTIMI QIYMETLENDIRIN
Cemi cavablar: 193
 
Baslangic » 2007 » Iyin » 1 » Sonra gec olmazmı, Sevgilim?
Sonra gec olmazmı, Sevgilim?
Həyatda ən çətin anlar itirilmiş fürsətlərin sonradan xatırlanmasıdı.Yəqin ki, zamanla sən bunu anlayacaqsan…Və o zaman gec olacaq…Həm də ki, çox gec...Yaşadığlarımıza dönmək istəsən, peşiman olub gündüzlər ancaq məni axtarsan…Günəşdən sorsan…Gecələr də yuxunda davam etsən bu axtarışlara…Gec olmazmi sevgilim?
Yağış damcıları səni yuxudan ayıltsa...Bir anlıq xəyallara dalsan, görüşləri, o gözəl anları xatırlasan...Yağış altında qaçdığımızı, bəzən də dayanıb bir-birimizə həsrətlə baxdığımızı yadına salsan/Elə həsrətlə baxırdıq ki.Sanki ayrılacağımızı hiss etmişdik…
Gözlərimizi qırpmadan...Nəfəs almadan…Əllərin əlimdə…Tellərin üzümdə…
Bütün bunlar geridə qaldı sevgilim. Sevgimə dəyər vermədin. Anlamadın yaşadığlarımızı..Amma bir gün anlayacaqsan...Səni əsil sevənin kim olduğunu anlayacaqsan…Və onda gec olmazmı Sevgilim?..
Mən sevgini səndə...Sənin ruhunda, cismində axtardım. Sən isə satdın məni özgəyə…Yalan vədlərə inanıb məhv etdin məni, həyatımı və bir gün anlayacağın gələcək həyatını.
Bir gün sənin arxanca gəlsəm…Səni səsləsəm..Sən geri dönüb məni görsən..Bir anlıq susub dayansan...Utancaq bir dillə "Məndən nə istəyirsən" - desən...Mən "Səndən cənnətimi istəyirəm" - desəm…Sən "Məndə cənnətmi var ?" - desən…Mən "Mənim cənnətim mənə baxan gözlərindir" - desəm…Həmin an hər şeyi anlasan...Məni və məndə sənə olan sevgini bilsən…
Peşiman olsan...Keçmişi xatırlasan...Mənə o an dönməyi arzulasan...Mən peşimanam deyib mənə tərəf gəlsən…Və məni qucaqlasan..Qucaqladığın xəyalım olsa… Diqqətlə baxdığında məni görməsən…Nələr keçər ürəyindən ?…Dünya başına fırlansa, ötən günlərə qayıtmaq üçün bütün gücünlə mənə gəlsən...Məni axtarsan…Və öyrənsən ki, səni unutmaq üçün uzaqlara getdiyimi...
Amma sən bu sevdadan vaz keçməsən...Çətinliklə ünvanımı tapsan…Və gəlsən...Məni sorsan…Gözü yaşlı biri sənə son ünvanımı versə...Buna inanmasan…Və məzarlığa gəlsən…Gəlsən və inanmadan axtarsan...Orda bir məzar görsən…Üstündə tanış bir şəkil...Və şəklin altında tanış olmayan bir yazı : ”Vəfasızlığa dözməyən ürək” …
Görsən..nə edərsən ?...Oturub ağlasan...Ğöz yaşı töksən…
"Məni bağışla, Həyatım" - desən…Sonra gec olmazmı Sevgilim ???
Kateqorya: SEVGI | Baxis sayi: 864 | Muellif: VOLKMAN
Serh sayi: 0

Sizin serh (comment) elave etmek huququnuz yoxdur!

serh elave etmek ucun xais olunur QEYDIYYAT -dan kecesiniz !


[ Qeydiyyat | Giris ]

Giris
Xeberler gundeliyi
«  Iyin 2007  »
Bg Ig Ug Dg Bg Ag Bg
    123
45678910
11121314151617
18192021222324
252627282930
Xberler uzre axtaris
Dost saytlar
Web Master: VOLKMAN © 2006 Используются технологии uCoz